İlqar Muradovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən, Muradov İlqar Əliməmməd oğlu 1957-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyasının estrada kafedrasında baş müəllim vəzifəsini icra edirəm.
Hörmətli cənab Prezident, başda Siz və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla, bütün komandanızla Ulu Öndərimizin siyasətini uğurla davam etdirdiyiniz üçün Sizə təşəkkürlərimi bildirirəm. Xüsusilə incəsənətə göstərdiyiniz qayğı nəinki dövlət daxilində, həm də onun hüdudlarından kənarda incəsənət xadimlərinə olan dəstəyinizin bariz nümunəsi kimi qiymətləndirilir.
Sizin Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncamınız əsasında məni “Xalq artisti” fəxri adına layiq gördüyünüz üçün özümün və ailəmin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İlqar Muradov
“Xalq artisti”
Azərbaycan Respublikası, Bakı şəhəri.