04 iyun 2019, 14:20
Eyvaz Rəsulovdan, Zərdab, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən Zərdab rayonunun Bıçaqçı kəndində yaşayıram. Qarabağ veteranı atasıyam, 25 il rus dili müəllimi işləmişəm, hazırda əmək pensiyası alıram.
Ölkəmizdə həyata keçirilən islahatlardan ruhlanaraq ailəmin maddi təminatını yaxşılaşdırmaq, həmçinin dövlətimə daha yararlı vətəndaş olmaq məqsədilə bu il bir hektar torpaq sahəsində pambıq əkmişəm. Bundan fəxr edirəm və qürur duyuram.
Cənab Prezident, ölkəmizdə icra edilən sosial-iqtisadi islahatlar kənd əməkçiləri tərəfindən yüksək qiymətləndirilir. Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik.
Hörmətlə,
Eyvaz Rəsulov
Azərbaycan Respublikası, Zərdab rayonu, Bıçaqçı kəndi.