Gülxarə Quliyevadan, Lerik, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə Azərbaycan gündən-günə çiçəklənib. Siz aztəminatlı ailələri daim diqqətdə saxlayır, onlara qayğı göstərir və kömək edirsiniz. Bu ilin əvvəlində verdiyiniz sərəncamlarla artırılan sosial müavinətlərin, pensiyaların, əməkhaqqıların müsbət təsiri bizim ailəmizdən də yan keçməyib.
Mənim iki övladım talassemiya xəstəsidir. Əvvəllər onların hər birinə aylıq 82 manat sosial müavinət alırdım. İndi isə bu məbləğ 150 manat olub. Həmçinin onlara qulluğa görə dövlət tərəfindən əlavə müavinət ayrılır. Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün işləmək həvəsində idim və bununla əlaqədar müraciət etmişdim. Müraciətimə baxıldı və məni “DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşıb.
Cənab Prezident, mən bir Azərbaycan vətəndaşı olaraq Sizdən çox razıyam. Ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm. Biz fəxr edirik ki, xalqını sevən Sizin kimi Prezidentimiz var.
Hörmətlə,
Quliyeva Gülxarə Təzəxan qızı.
Azərbaycan Respublikası, Lerik rayonu.