01 iyun 2019, 14:00

Kamil Babayevdən, Bakı, Azərbaycan

Əziz və sevimli Prezidentimiz.

Bu gün Sizin yürütdüyünüz daxili siyasət Azərbaycanın çoxşaxəli və hərtərəfli inkişafına, milli maraqların maksimum dərəcədə qorunmasına xidmət edir. Ölkə iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Ən önəmlisi odur ki, məhz qeyri-neft sektoru inkişafdadır. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni-yeni müəssisələrin işə salınması məqsədilə aparılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma endirilməsinə, əməkqabiliyyətli əhalinin iqtisadı fəallığının yüksəlməsinə imkan verib. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olub. Əlverişli sahibkarlıq və biznes mühitinin təmin edilməsi həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının “ana xətti” kimi diqqət çəkir. Azərbaycanın iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir, dövlətimiz də onlara öz dəstəyini göstərir.

Biz sahibkarlar öhdəmizə düşən bütün vəzifələri yerinə yetirməkdə Azərbaycan dövlətinin dəstəyinə arxalanırıq. Sahibkarlara ayırdığınız xüsusi diqqət qəlbimizdə Vətənə və qüdrətli dövlətimizə sevgini artırmaqla yanaşı, bizlərə tükənməz ruh verir ki, biz də ölkəmizin inkişafı üçün ölkəmizə və dövlətimizə öz xidmətimizlə dəstək olaq. Mən tam əminəm ki, hər bir sahibkar, dövlətimizin başçısının sahibkarlara göstərdiyi diqqətdən və xüsusi qayğıdan yararlanaraq, ölkəmizdə işsizliyin aradan qaldırılması üçün fəaliyyət sahələrini daha da inkişaf etdirəcəklər.

Möhtərəm cənab Prezident, dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şəraitə və verilən güclü dəstəyə, eyni zamanda, həyata keçirilən dərin islahatlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Babayev Kamil Kamran oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.