01 iyun 2019, 12:50

Cəmilə Tağıyeva və başqalarından, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz müdrik siyasətin nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişaf sosial sahədə də öz əksini tapır. Bunun məntiqi nəticəsi olaraq, bu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyalarının, təqaüdlərin və sosial müavinətlərin məbləği növbəti dəfə artırıldı.

Biz yaşa görə əmək pensiyası və sosial müavinət alan şəxslərik. Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Pensiyamızın və sosial müavinətimizin məbləğini artırdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Tağıyeva Cəmilə Salman qızı

Hacıyeva Sabiqə Fəhralı qızı

Abdullayeva Dilarə Rəhim qızı.

Azərbaycan Respublikası, Göygöl rayonu.