31 may 2019, 12:15

Araz Həsənli və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncəçay çayı üzərində yerləşən körpülərin şəhərimizin nəqliyyat infrastrukturunda rolu çox böyükdür. Bu körpülər qəzalı vəziyyətdə olduğundan son dövrlərdə insanları qayğılandırmağa başlamışdı. Sizin Sərəncamınızla körpülərin bərpası məqsədilə vəsait ayrılması xəbərini eşidəndə çox sevindik.

Cənab Prezident, ölkəmizin qədim şəhərlərindən biri olan Gəncəyə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk. Sizə bütün işlərinizdə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Həsənli Araz Zaur oğlu

Əliyeva Bəsti Nəriman qızı

Qurbanova Səadət Musa qızı

Tağıyeva Şəhla Fazil qızı

İbrahimova Günay Şahin qızı və başqaları (Cəmi : 23 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.