30 may 2019, 18:50
Əziz Həsənovdan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Göygöl rayonunda yaşayıram, II qrup əliləm. Aztəminatlı ailələrə daim dəstək olduğunuz üçün şəxsən öz adımdan və ailəmin adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
Əlillərə verilən imtiyazlardan bəhrələnərək, xəstəliyimin müalicəsi üçün göndərişlə təmin olunmağımı xahiş etmişdim. Müraciətim əsasında mənə göndəriş verildi və mən Naftalanda müalicə olundum.
Cənab Prezidentim, biz əlillərin sosial durumunun yaxşılaşdırılması və müalicəsi üçün həyata keçirilən tədbirlərə görə Sizə çox minnətdaram. Biz Sizinlə fəxr edirik.
Allah daim Sizə kömək olsun.
Hörmətlə,
Həsənov Əziz Həsən oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu, Yeni Qızılca kəndi.