30 may 2019, 17:10

Oqtay Ağayarovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə töhfə verən insanlara yüksək diqqət və qayğı göstərməyiniz bu sahələrin gələcək inkişafı üçün geniş imkanlar açır.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Vahid Əzizin yaradıcılığına böyük qiymət verərək onu “Xalq şairi” fəxri adı ilə təltif etməyiniz biz ədəbiyyatsevərləri çox sevindirdi. Buna görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Biz hər zaman Sizinləyik, cənab Prezident!

Hörmətlə,

Ağayarov Oqtay Hüseynqulu oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.