30 may 2019, 14:10

Adil Abbasov və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz kənd sakinləri neçə illər idi ki, həyətyanı torpaq sahələrimizi suvara bilmirdik. Suvarma suyunun olmaması kənd sakinlərini çox pis vəziyyətə salmışdı. Sizin bu sahəyə ayırdığınız diqqət sayəsində suvarma suyu məsələsi həll edildi. Neçə illərdir becərilməyən sahələr cana gəldi. Kənddə uşaqdan ağsaqqala qədər hamı sevinc içindədir.

Cənab Prezident, suvarma suyumuzun bərpası dolanışığımızı xeyli yaxşılaşdıracaq. Respublikamızda aparılan işlərə, kəndimizin sakinlərinin suvarma suyu ilə təmin edilməsinə görə Sizə olan təşəkkür və minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik.

Daimi hörmət və ehtiramla,

Abbasov Adil,

Xəlilov Nizami,

Məmmədova Hürü,

İbrahimov Rüfət,

Nuriyev Elşən və başqaları - cəmi 77 nəfər.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qarasüleymanlı kəndi.