28 may 2019, 13:50

Afaq Məsuddan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yaradıcılığıma verdiyiniz yüksək dəyərə görə Sizə və əziz Mehriban xanıma dərin minnətdarlığımı bildirir, bu addımınızı hər zaman Azərbaycan dilinin və ədəbiyyatının tərəqqisinə yönəltdiyiniz diqqət və qayğının davamı hesab edirəm. Söz və ədəbiyyat adamı, eləcə də ölkənin dil və tərcümə sahəsini tənzimləyən dövlət qurumunun rəhbəri olaraq hər zaman tərəfinizdən duyduğum doğma münasibət, ədəbiyyata, Azərbaycan dilinə həssas himayədarlığınız bu sahənin işıqlı gələcəyindən - beynəlxalq ədəbi fikir müstəvisində layiq olduğu yerini tutacağından xəbər verir.

Allah Sizi qorusun.

Hörmətlə,

Afaq Məsud

Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.