Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Milli mədəniyyətimizə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsi olan, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə mədəniyyət və incəsənət xadimlərimizin fəxri adlara layiq görülməsi ilə əlaqədar Sizə Azərbaycan Teatr Xadimləri İttifaqının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Ölkəmizin inkişafı istiqamətində apardığınız böyük işlərin sırasında duran bu nəcib əməlinizlə Siz Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirərək, sənət adamlarını daha əzmlə işləməyə ruhlandırdınız.
Mədəniyyət və incəsənət xadimlərimizə verdiyiniz yüksək dəyərə görə Sizə bir daha dərin təşəkkürümü bildirir, Azərbaycanımızın yüksəlişi naminə işlərinizdə böyük uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Azər Paşa Nemətov
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.