Valeh Salehov və başqalarından, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz müstəqil Azərbaycanımız üçün, Azərbaycanımızın dilbər guşəsi olan İsmayıllımız üçün çox böyük, dəyəri ölçüyəgəlməz işlər görürsünüz. Sayənizdə Vətənimiz dünyanın sayılıb-seçilən ölkələri sırasında inamla addımlayır. Vətən üçün çalışan, Vətənə vətən daşı olmağı bacaran insanları dəyərləndirməyiniz xüsusilə təqdirəlayiqdir. Bu günlərdə bir qrup ziyalıya fəxri adlar verilməsi də Sizin böyük diqqətinizin nəticəsidir. Fəxri ad alanlar arasında rayonumuzun yetirməsi, Azərbaycanın böyük şair oğlu Musa Yaqubun da olması bizi hədsiz sevindirdi. Poeziyasevərlər adından, Musa Yaqub sevərlər adından, çoxsaylı İsmayıllı ziyalıları adından Sizə minnətdarlığımızı bildirir, ürəkdən “çox sağ olun” deyirik.
Allah Sizi həmişə sevindirsin. Allah Sizi bu Vətən, bu el üçün qorusun.
Rayon ziyalıları adından dərin hörmət və ehtiramla,
Valeh Salehov,
Lətifə Əliyeva,
Şəfaqət Rəsulov,
Mirvari Musayeva,
Lətifə Həmidova,
Könül Baxışlı,
Ceyran Məmmədova.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.