28 may 2019, 11:30

Səyyad Əskərovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanınız bizi çox sevindirdi. Kreditin ödənilməsində çətinlik çəkən əhalini düşünüb, həyata keçirdiyiniz tədbirlərə görə öz adımdan və ailə üzvlərim adımdan Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, biz Sizin qayğınızı hər zaman hiss edirik. Azərbaycanımızın inkişafı üçün gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Əskərov Səyyad Rafail oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Bala Şürük kəndi.