İsabala Qəfərov və başqalarından, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu yaxınlarda müraciətimizdən sonra Neftçala rayonunun Boyat və Ballıcalı kəndlərini rayon mərkəzi ilə birləşdirən yolun təmirinə başlanılıb. İnanın ki, sevincimizin həddi-hüdudu yoxdur. Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə bizim təbii qaz, elektrik enerjisi və su təchizatı ilə bağlı problemlərimiz öz həllini tapıb. Kənd təsərrüfatına, xüsusilə pambıqçılığın inkişafına göstərdiyiniz diqqət sayəsində məşğulluq sahələrimiz daha da genişlənib, yaşayış səviyyəmiz yüksəlib.
Hörmətli cənab Prezident, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizi 28 May - Respublika Günü və Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə uzun ömür, cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayırıq. Sizi əmin edirik ki, həmişə olduğu kimi, bundan sonra da ətrafınızda sıx birləşərək Sizə dəstək olacağıq.
Boyat və Ballıcalı kəndlərinin sakinləri adından hörmətlə,
Qəfərov İsabala Səfər oğlu
Sadıqova Nigar Pirverdi qızı
Hacıyev Ağagül Əlimədət oğlu
Musayeva Şəhla Saleh qızı
Əsgərov Bəxtiyar Əbilhəsən oğlu və başqaları (Cəmi : 58 nəfər).
Azərbaycan Respublikası, Neftçala rayonu.