27 may 2019, 11:00

Rəhman İbrahimov və başqalarından, Tərtər, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkəmizin hər yerində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bizim yaşadığımız Tərtər rayonunun da siması gündən-günə gözəlləşir. Yeni binalar tikilir, mövcud binalar əsaslı təmir edilir, dam örtükləri dəyişdirilir, fasadları rənglənir. Kəndlərimizin əksəriyyəti qazlaşdırılmış, içməli su və elektrik enerjisi ilə fasiləsiz təmin olunur. Bizim Hacıqərvənd kəndi də onlardan biridir.

Bu günlərdə daha bir şad xəbər aldıq. Kəndimizin əsas yolu da asfaltlandı. Qısa vaxtda müasir tələblərə cavab verən yol quruldu. Bütün bu görülən işlər bizim kənd əhalisinin hədsiz sevincinə səbəb olmuşdur. Məhz elə buna görə də biz 3 min nəfərə yaxın kənd əhalisi adından Sizə minnətdarıq. Qoy Ulu Tanrı həmişə Sizi qorusun!

Kənd əhalisi adından hörmətlə,

İbrahimov Rəhman Cavanşir oğlu,

Aslanova Adilə Murad qızı,

Alıkişiyev Eldar Alıkışı oğlu,

Aslanov Vaqif Saleh oğlu,

Xəlilova Sitarə Famil qızı,

Əliyev Əli Mənaf oğlu,

Babayev Yusib Yaqub oğlu,

Muradov Rəcəb Əli oğlu,

Əliyeva Qənifə Eytibar qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu.