27 may 2019, 10:45
Emin Əmrahovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyiniz Sərəncama görə həm öz adımdan, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin yüzlərlə tələbəsi adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Siz bu məsələyə həssaslıqla yanaşaraq, hər zaman hər bir Azərbaycan vətəndaşının yanında olduğunuzu bir daha hiss etdirdiniz. Mən də hər zaman Sizin siyasətinizi dəstəkləyirəm və ölkəm üçün layiqli gənc olmağa çalışacağam.
Hörmətlə,
Əmrahov Emin Ələddin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.