25 may 2019, 15:00

Tiflis Orucovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ilin fevralından qızımın səhhətində problemlər yaranmışdı və vəziyyəti çox ağır idi. Martın 4-də Şamaxı rayonuna səfəriniz zamanı Sizinlə görüşdə bu məsələni ali diqqətinizə çatdırdım. Bundan sonra tapşırığınızla qızım Bakıdakı klinikaların birində xüsusi nəzarət altında müalicə olundu. Çox sevinirəm ki, övladım artıq ayaq üstədir.

Cənab Prezident, buna görə ailəmiz və kənd camaatı adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Siz Azərbaycan xalqının ən böyük dayağı, güvən yerisiniz.

Hörmətlə,

Orucov Tiflis Ərzuman oğlu.

Azərbaycan Respublikası,​Qobustan rayonu, Ərəbşalbaş kəndi.