25 may 2019, 13:00

Əlikram Seyfullayevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə həyata keçirilən sosialyönümlü islahatlar biz sadə vətəndaşları hədsiz sevindirir. Bu siyasətin müsbət nəticələrini yaşadığımız Cəlilabad rayonunun və onun kəndlərinin simasında da görürük. Sosial müavinətlərin, təqaüdlərin, pensiyaların, minimum əməkhaqqının artırılması insanların həyat səviyyəsinin yaxşılaşmasına əvəzsiz töhfədir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, vaxtaşırı üzləşdiyimiz problemlərlə əlaqədar müraciətlərimizə baxılaraq narahatlıq yaradan məsələlər həll olunur. Bu günlərdə kəndimizə yeni bankomatın qoyulması yerli sakinləri növbəti dəfə sevindirdi.

Möhtərəm cənab Prezident, insanların sosial təminatının yaxşılaşmasına və rahat yaşamasına xidmət edən bu tədbirlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Üçtəpə kəndinin minlərlə sakini adından Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Seyfullayev Əlikram Ataxan oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.