20 may 2019, 13:00

X.Xəlilov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Masallı rayonunun sakini olduğumuz Köcəkli kəndində və ətrafdakı digər kəndlərdə köhnəlmiş və yararsız vəziyyətə düşmüş elektrik dirəkləri yenisi ilə əvəz olunmuş, elektrik xətləri SİP-kabellə çəkilmiş, əhalini narahat edən problem aradan qaldırılmışdır. Hazırda kənd sakinləri elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunurlar. Bundan başqa, elektrik borcu olan insanlara bu borcları hissə-hissə ödəməyə imkan yaradılmışdır.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman işıqlı və açıq olsun!

Köcəkli kəndinin sakinləri adından hörmətlə,

X.Xəlilov,

Ş.Gözəlov,

R.Kərimov,

Z.Mirzəyev,

M.Bağırov və başqaları - cəmi 30 nəfər.

Azərbaycan Respublikası, Masallı rayonu, Köcəkli kəndi.