Sevda Rəşidovadan, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız bütün ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Mən də bu Fərmandan töhfəsini alan minlərlə ölkə vətəndaşından biriyəm. Fərmanın icrası sahəsində də işlər çox gözəl qurulub və insanların rahatlığı tam nəzərə alınıb. Çox qısa müddətdə mən bankdan öz kompensasiya məbləğimi aldım.
Cənab Prezident, biz gənclər Sizin qayğınızı, dəstəyinizi hər zaman üzərimizdə hiss etmişik. Bu Fərmanınız da birbaşa vətəndaşlarımıza yönəlmiş uğurlu iqtisadi-sosial siyasətinizin tərkib hissəsidir. Minlərlə vətəndaşımızı, ailəni sevindirən bu Fərmanınıza görə Sizə minnətdarlığımı bildirirəm.
Var olun, əziz Prezidentimiz!
Hörmətlə,
Rəşidova Sevda Rəşid qızı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.