Validə Cəfərovadan, Şəmkir, Azərbaycan
Möhtərəm cənab Prezident.
Devalvasiya nəticəsində artan dollar kreditlərinə görə kompensasiyaların verilməsi haqda fərmanınız yüz minlərlə insan kimi məni də çox sevindirdi. Hər bir azərbaycanlının Prezidenti olaraq Siz bu qərarınızda da xalqın, vətəndaşlarımızın yanında olduğunuzu bir daha göstərdiniz.
Dolların bahalaşmasından sonra kreditimi çox çətinliklə ödədim. Bu günlərdə bankdan kompensasiyamı alanda elə bil dünyanı mənə bağışladılar. Bu sevinci mənə, ailəmə yaşatdığınız üçün çox sağ olun, cənab Prezident! Bu gün nəinki bizim ailə, minlərlə ailələrdə insanlar əziyyətlə ödədikləri artıq vəsaiti onlara qaytardığınız üçün sevinir, Sizə dualar edirlər.
Çox yaşayın, əziz Prezidentimiz!
Hörmətlə,
Cəfərova Validə Qüdrət qızı
Azərbaycan Respublikası, Şəmkir rayonu.