Mehdi Səmədovdan, Astara, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Siz xalqa daim diqqət və qayğı göstərirsiniz. Vətəndaşların sosial rifah halının gündən-günə yaxşılaşdırılması istiqamətində mühüm addımlar atırsınız. Eyni zamanda, Sizin tapşırıqlarınıza uyğun olaraq vətəndaşların müraciətlərinə vaxtında və ədalətlə baxılması təmin edilir.
Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində hər il bölgələrdə minlərlə yeni iş yerləri açılır, vətəndaşlar işlə təmin olunurlar. Bu da vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına böyük köməkdir. Mən işsiz olduğum üçün yerli məşğulluq mərkəzinə müraciət etmişdim. Mənə özünüməşğulluq proqramına qoşulmaq təklif olundu və mən təklifi qəbul etdim. Dövlət tərəfindən verilən avadanlıq hesabına həyətimdə sex açmışam. Bu fəaliyyətimlə ailəmi dolandırıram.
Hörmətli cənab Prezident, bütün bunlar Sizin xalqa göstərdiyiniz böyük diqqət və qayğının bariz nümunəsidir. Buna görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Hörmətlə,
Səmədov Mehdi Məsum oğlu.
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.