18 may 2019, 12:25

Təranə Həsənovadan, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin dövlətimizin qüdrətlənməsi, xalqımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində gördüyünüz işlər misilsizdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız əhalinin rifah halının yaxşılaşmasına mühüm töhfədir. Bu Fərmanınız xüsusilə aztəminatlı əhali tərəfindən böyük məmnunluq hissi ilə qarşılandı.

Cənab Prezident, Fərmanınıza əsəsən mənə düşən kompensasiyanı bankdan çox qısa müddətdə və rahat şəkildə addım.

Əhalini daim diqqət mərkəzində saxladığınıza, bizimlə bağlı gördüyünüz humanist tədbirlərə görə bir Azərbaycan vətəndaşı kimi şəxsən öz adımdan və ailə üzvlərimin adımdan Sizə təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Həsənova Təranə Vaqif qızı.

Azərbaycan Respublikası, Bərdə rayonu, Xanərəb kəndi.