Səfər Əhmədov və başqalarından, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Artıq bir neçə ildir ki, Sizin qayğınız, hərtərəfli köməyiniz sayəsində İsmayıllıda geniş quruculuq işləri görülür, rayonumuz abadlaşır. Yol infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması bu işlər arasında xüsusi yer tutur. Neçə-neçə kəndin yolları əsaslı təmir olunub, yeni yollar çəkilib, şəhərin küçələri daha da abadlaşıb. Bizim yaşadığımız küçə də abadlaşan küçələrdən biridir.
Cənab Prezident, bütün bunlara görə küçəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Daha xoşbəxt həyatımızı Sizin rəhbərliyinizdə görürük.
Dərin hörmət və ehtiramla,
Əhmədov Səfər
Mehdiyev Natiq
Bədəlov Nəriman
Məmmədov Aydın
Manafov Qəhrəman və başqaları (Cəmi: 20 nəfər).
Azərbaycan Respublikası, İsmayıllı rayonu.