Şahin Verdiyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Sizin tərəfinizdən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Xüsusilə, 2019-cu ildə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkə vətəndaşlarının maddi rifah halı yüksəlib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib. Ölkəmizin günü-gündən artan maliyyə imkanları Sizin imzaladığınız sərəncam və fərmanlarla ilk növbədə əhalinin sosial rifahının gücləndirilməsi üçün istifadə edilir. Bu da hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olur, Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq edir.
Möhtərəm Prezident, çətin və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram. Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Verdiyev Şahin Məmməd oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.