17 may 2019, 11:00
Cəmil Quliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənə göstərdiyiniz böyük dəstəyə və qayğıya görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməyim məni və ailəmi çox məmnun etdi.
Öz adımdan və ailəm adından Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və müstəqil Azərbaycanımızın çiçəklənməsi və rifahı naminə möhtəşəm fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Quliyev Cəmil Elşad oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.