16 may 2019, 11:45

Toğrul Əsədullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident

Bütün sahələrə olduğu kimi, incəsənətə də yüksək diqqət ayırır, sənət adamlarına qayğı göstərirsiniz.

Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldüyümə görə Sizə minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da musiqi mədəniyyətimizin, muğam sənətinin dünyada daha geniş təbliğində bacarığımı əsirgəməyəcəm.

Hörmətlə,

Əsədullayev Toğrul Mirnazim oğlu

Əməkdar artist

Azərbaycan Respublikası, Bakı şəhəri.