16 may 2019, 11:30
Qurban İsmayılovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin incəsənətə yüksək qayğınız sayəsində əmək fəaliyyətim qiymətləndirilərək, Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldüyümə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu qayğı sənət adamlarını yeni səhnə əsərləri yaratmağa ruhlandırır. Milli teatrın inkişafı naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
İsmayılov Qurban İbrahim oğlu
Xalq artisti
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.