16 may 2019, 10:45

Esmira Vəliyevadan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz cənab İlham Əliyev.

Xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər göz qabağındadır. Apardığınız müdrik siyasət nəticəsində insanların sosial rifahı yaxşılaşır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız da bu istiqamətdə aparılan işlərin bir hissəsidir.

Belə bir fərmanın verilməsi məni çox sevindirdi. Mən kompensasiyamı banka yaxınlaşıb rahatlıqla əldə etdim. Bu vəsait mənim üçün gözəl bir hədiyyə oldu.

Hər zaman ədalətli qərarlar qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm! Sizin kimi Prezidentimiz olduğuna görə qürur duyuram!

Hörmətlə,

Vəliyeva Esmira Ramiz qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.