15 may 2019, 20:00
Solmaz Xudiyevadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən ahıl insanam və tək yaşayıram. Mənə və mənim kimi minlərlə ahıl insana dövlət tərəfindən sosial xidmət göstərildiyinə görə Sizə təşəkkürümü bildirirəm.
Siz xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni-yeni qərarlar verir, təşəbbüslər irəli sürür, islahatlar aparırsınız. Bütün bu addımlarınızı gördükcə qürur duyuram. Sizin və Mehriban xanım Əliyevanın diqqəti sayəsində əhalinin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir.
Biz ahıllara göstərilən diqqət və qayğıya görə bir daha Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Allah daim Sizi qorusun.
Hörmətlə,
Xudiyeva Solmaz Nəcəf qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu.