Gündüz Hacıyevdən, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Sizin müdrik rəhbərliyiniz və uzaqgörən siyasətiniz sayəsində doğma Azərbaycanımız öz iqtisadi inkişafına görə dünyada layiqli yerini tutmaqdadır. Ölkəmizin inkişafına hesablanmış dövlət proqramlarının uğurla icra olunması nəticəsində sakinlərimizin sosial rifahının, yaşayış şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb. Biz bunları çox böyük məmnunluqla qarşılayırıq.
Son zamanlar ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, yol infrastrukturunun da əsaslı şəkildə yenidən qurulması istiqamətində böyük işlər görülüb. Yol tikintisi hazırda ölkəmizin iqtisadi inkişafının əyani göstəricisidir.
Möhtərəm cənab Prezident, Siz Goranboy rayonunun sosial-iqtisadi inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərmisiniz. Sizin Sərəncamınız əsasında Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Borsunlu avtomobil yolunun yenidən qurulması bunun bariz nümunəsidir. Bu, bizi çox sevindirir.
Möhtərəm cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı və ehtiramımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük uğurlara imza atacaqdır.
Hörmətlə,
Hacıyev Gündüz, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Goranboy rayonu, Yeni Yol kəndi.