14 may 2019, 15:05
Elxan Quliyev və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli dəyərlərimizə, mədəniyyətimizə diqqət və qayğı ənənəsi bu gün də uğurla davam etdirilir. Səhnə fəaliyyətimizi yüksək dəyərləndirərək bizi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa sövq edir. Müstəqil Azərbaycanımızın daha da inkişafı istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğurlar, möhkəm cansağlığı arzu edirik.
Hörmətlə,
Quliyev Elxan, Əməkdar artist
Nurzadə Əli, Əməkdar artist
Bəxtiyarov Rəşad
Quliyev Elxan
Şəxaliyev Ramin, Akademik Milli Dram Teatrının aktyorları. Azərbaycan Respublikası, Bakı şəhəri.