14 may 2019, 14:40

Əsgər Əsgərov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2019-cu il 10 may tarixli Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.

Səhnə fəaliyyətimizi yüksək qiymətləndirərək bizi yüksək mükafata layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələrin yazılması üçün sərf edəcəyik.

Biz qürur duyuruq ki, ulu öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır.

Yüksək diqqət və qayğınıza görə bir daha Sizə sonsuz təşəkkürlərimizi bildirir, bundan sonra daha uğurlu yaradıcılıq işlərinə imza atacağımıza söz veririk.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları adından dərin hörmət və minnətdarlıqla,

Əsgərov Əsgər, Əməkdar incəsənət xadimi

Məstanov Vaqif, Əməkdar artist

Musayeva Səmayə, Əməkdar artist

Bulax Svetlana, Əməkdar artist

Qrafkin Boris, Əməkdar artist (cəmi : 9 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri.