Zemfira Nərimanovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Azərbaycan mədəniyyətinə, o cümlədən mədəniyyət xadimlərinə göstərdiyiniz qayğınızı daim hiss edirik. Uzunmüddətli səhnə və kino fəaliyyətimi nəzərə alaraq məni Azərbaycan Respublikasının ən ali mükafatlarından birinə - Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Əziz Prezidentim, Azərbaycanımız Sizin rəhbərliyinizlə daim irəli gedərək gündən-günə inkişaf edir. Allah Sizi Azərbaycanımızın, dövlətimizin və xalqımızın başı üzərindən əksik etməsin. Siz Azərbaycan xalqının ümid yerisiniz. Bu xalqın bir nümayəndəsi kimi mən də Sizinlə qürur duyur və fəxr edirəm.
Dərin hörmət və minnətdarlıq hissi ilə,
Nərimanova Zemfira, Xalq artisti.
Azərbaycan Respublikası, Bakı şəhəri.