13 may 2019, 17:45
Şövkət Dadaşovadan, Xocavənd, Azərbaycan
Hörmətli cənab Prezident.
Bir şəhid ailəsi olaraq daim diqqət və qayğı ilə əhatə olunmuşuq və hər zaman Sizin dəstəyinizi hiss edirik. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin imzaladığınız məlum Fərmana əsasən problemli kreditimlə bağlı bizə dəyən ziyan dövlətimiz tərəfindən ödənildi. Bu Fərman bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşının arxasındadır, qayğısını ondan əsirgəmir.
Sizə özümün və ailəmin adından bir daha minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Dadaşova Şövkət
Azərbaycan Respublikası, Xocavənd rayonu.