Oktay Güləliyev və başqalarından, Qobustan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz - Qobustan rayonunun Ərəbqədim kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı bildiririk. Siz uzun illərdir su problemi olan kəndimizə yeni su xətti çəkdirdiniz, biz ərəbqədimlilərə həyat bəxş etdiniz. Bundan başqa, sovet hakimiyyəti dövründə belə asfalt yol görməyən kəndimizə yeni yolun çəkilməsi barədə Sərəncam verdiniz.
Bütün bunlara, eləcə də respublikamızın inkişafına, hər bir azərbaycanlının yaxşı yaşamasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın çiçəklənməsi naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Tanrı Sizə yar olsun.
Hörmət və ehtiramla,
Güləliyev Oktay
Mahmudov Mahmud
Sahibov Əli
Qəhramanov İsrafil
İlyasov Cəlal
Əzimov Məcnun və başqaları (cəmi 13 nəfər).
Azərbaycan Respublikası, Qobustan rayonu, Ərəbqədim kəndi.