13 may 2019, 11:50

Əjdər Seyidovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün qədim Gəncənin elmi-mədəni həyatında canlanma, inkişaf müşahidə olunur. Şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, xüsusilə yeni təhsil ocaqlarının tikilərək istifadəyə verilməsi buna öz müsbət təsirini göstərir.

Bu yaxınlarda şəhərimizdə müasir standartlara cavab verəcək yeni uşaq bağçasının təməli qoyulub. Eyni zamanda, şəhərin küçələri səliqə-sahmana salınıb, insanları narahat edən problemlərin həlli ilə bağlı lazımi tədbirlər görülüb.

Cənab Prezident, bunların hamısı Sizin regionlara olan qayğınızın nəticəsidir və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Əmin olun ki, Gəncə ziyalıları hər zaman Sizinlədirlər. Ölkəmizin sürətli inkişafı istiqamətində fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Seyidov Əjdər Miri oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.