11 may 2019, 15:15

Əsarə Abdulrəhimovadan, Qobustan, Azərbaycan

Əziz Prezidentimiz.

Sizin diqqət və qayğınız sayəsində respublikamızın hər bir bölgəsi kimi, Qobustan rayonu da gündən-günə abadlaşır və gözəlləşir. Əhalimizin güzəranı yaxşılaşır, yeni iş yerləri açılır.

Mayın 7-də rayonumuza növbəti səfəriniz də əlamətdar hadisələrlə yadda qaldı. Siz Qobustan üçün çox əhəmiyyətli olan Rayon Mərkəzi Xəstəxanasının, Qobustan-Poladlı avtomobil yolunun açılışlarında iştirak etdiniz. Xüsusilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının yaradılması Sizin qobustanlı xalçaçılara ən böyük hədiyyənizdir. Xalçaçılıq bizim rayonun qadınlarının qədim məşğuliyyət sahəsidir. Gözümüzü açıb evlərimizdə həmişə gözəl Azərbaycan xalçalarının toxunduğunu görmüşük. Biz bu sənəti nənələrimizdən, analarımızdan öyrənmişik. Sevinirik ki, indi xalçaçılıq sənətini bizim üçün yaratdığınız gözəl bir müəssisədə davam etdirəcək və yaşadacağıq. Qədim Azərbaycan xalçalarının çeşniləri əsasında yeni və keyfiyyətli xalçalar toxuyacağıq.

Bütün Azərbaycan vətəndaşları kimi, biz də inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daim inkişaf edəcək və çiçəklənəcək. Azərbaycan böyük qələbələr və nailiyyətlər ölkəsi kimi bütün dünyaya nümunə olacaq. Biz xalçaçılar da toxuduğumuz xalçalarla ölkəmizin adını daha da ucaltmağa çalışacağıq.

“Azərxalça” ASC-nin Qobustan filialının kollektivi adından dərin hörmətlə,

Abdulrəhimova Əsarə Yengibar qızı, toxucu.

Azərbaycan Respublikası, Qobustan rayonu.