İsmayıl İbrahimovdan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident İlham Əliyev.
Azərbaycan xalqına göstərdiyiniz əvəzsiz qayğını mən və ailəm daim hiss edirik. Sosial məsələləri hər zaman xüsusi diqqətdə saxlamağınız, əməkhaqlarını, sosial müavinətlərin, təqaüdlərin məbləğini vaxtaşırı artırmağınız xalqımızın bugünkü firavan həyatında başlıca rol oynayıb. 2019-cu il bu baxımdan xüsusilə əlamətdardır.
Problemli kreditlər neçə illər idi ki, insanları narahat edirdi. Sizin məlum Fərmanınız bu narahatlığı aradan qaldırdı. Həmin Fərmana əsasən, devalvasiya nəticəsində ailəmizə dəymiş maddi ziyan bank tərəfindən bizə ödənildi.
Əziz Prezidentimiz, şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Sizin qayğınız bizə hər zaman böyük ümidlər və yaşayıb-yaratmaq eşqi bəxş edir. Ömrünüz uzun olsun.
Hörmətlə,
İbrahimov İsmayıl Həsən oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndi.