Elman Mustafayev və başqalarından, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının bütün regionları kimi, İsmayıllı da inkişaf yolundadır. Rayonda abadlıq, quruculuq işləri davam etdirilir, yeni iş yerləri açılır, əhalinin sosial rifahı daha da yaxşılaşır.
İsmayıllı şəhərində son illərdə görülən işlər mövcud problemlərin aradan qaldırılmasına, şəhər sakinlərinin rahat yaşamasına səbəb olub.
Biz - rayonun Təbriz və Şıxəli Qurbanov küçələrinin sakinləri son günlər sevinc içərisindəyik. Küçələrimizə yeni asfalt örtük vurulub. İndi hər yerə rahat gedib-gəlirik.
Cənab Prezident, Vətənimizin inkişafı, xalqımızın rifahı üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Biz ismayıllılılar həmişə Sizin arxanızdayıq.
Hörmətlə,
Mustafayev Elman Ağasəməd oğlu
Əhmədəliyev Aqil Səlimxan oğlu
Vəliyev Ramal Vaqif oğlu
Abdullayev Mirəhməd Mirbağır oğlu
Əkbərov Əkrəm və başqaları.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.