11 may 2019, 11:40

Anar Hüseynovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikası hazırda Sizin sayənizdə daha da inkişaf etməkdədir. Son dövrlərdə həyata keçirdiyiniz islahatlar bir daha sübut edir ki, yürütdüyünüz siyasətdə Azərbaycan vətəndaşının maraqları hər şeydən öndə dayanır.

Əhalinin təbii qazdan istifadəsinə tətbiq edilən limitin artırılması, devalvasiya nəticəsində vətəndaşlara dəymiş zərərin dövlət tərəfindən kompensasiya olunması minlərlə ailəyə, ev-ocağa sevinc bəxş etdi.

Möhtərəm cənab Prezident, xalqımızın qayğısına qaldığınıza görə vətəndaşlarımız da Sizi sevir və Sizin ətrafınızda daha sıx birləşirlər. Bu, Sizin uğurunuzdur.

Hörmətlə,

Hüseynov Anar Fariz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.