10 may 2019, 18:50

İslam Mirzəyevdən, Goranboy, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Goranboyda görülən abadlıq-quruculuq işlərinə görə rayon sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Rayonumuza göstərdiyiniz qayğıya görə çox sağ olun.

Geniş, səliqəli küçələr, yaraşıqlı parklar göz oxşayır, insanların rahatlığına xidmət edir. Rayonumuzun əsas problemlərindən olan suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün son illər ərzində onlarla subartezian quyusu qazılaraq istifadəyə verilib. Biz bu işləri yüksək qiymətləndiririk.

Sizin və dövlətimizin qayğısını hər an hiss etmək bizim üçün çox xoşdur, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,

Mirzəyev İslam Musa oğlu

Şükürov Elnur Polad oğlu

Məmmədov Qara Tofiq oğlu

Vəliyev Nazim Əli oğlu

Murquzov İlham Qurban oğlu və başqaları.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qarasüleymanlı kəndi.