10 may 2019, 17:40

Gülşən Mehdiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanınız ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılandı.

Banka olan kredit borcumu ödəməkdə çətinlik çəkirdim. Belə bir Fərmanın verilməsi hər kəs kimi, məni də çox sevindirdi. Fərman çox yüksək səviyyədə icra olunur. Mənə düşən kompensasiyanı bankdan rahatlıqla aldım.

Vətəndaşları düşünərək onlara dəstək göstərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Biz vətəndaşlar Sizin qayğınızı hər zaman hiss edirik. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Mehdiyeva Gülşən Mehdi qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.