Rəsul Rüstəmov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz bir neçə il bundan əvvəl bankdan xarici valyutada kredit götürmüşdük. Məlum devalvasiya səbəbindən kreditimizin ödənişləri zamanı xeyli əziyyət çəkdik. Amma biz inanırdıq ki, hər zaman olduğu kimi, Siz yenə də vətəndaşların qayğısına qalaraq bu məsələni həll edəcəksiniz.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız bizi çox sevindirdi. Kredit götürdüyümüz bankdan bu yaxınlarda bizimlə əlaqə saxlanıldı və qaydalar izah olundu. Kredit götürdüyümüz banka gedərək bizə düşən kompensasiyanı geri aldıq.
Cənab Prezident, bizi düşünərək belə bir ədalətli qərar verdiyiniz üçün Sizə təşəkkür edir, Sizə və ailənizə cansağlığı arzulayırıq.
Hörmətlə,
Rüstəmov Rəsul Zakir oğlu
Məmmədov Şahin Əmrullah oğlu
Piriyev Rauf Afiz oğlu
Əliyeva Nigar Salman qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.