10 may 2019, 12:50

Nəbi Nəbiyev və başqalarından, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamınız bizi çox sevindirdi. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu, dövlətimizin güclənməsi və xalqımızın daha da yaxşı yaşaması üçün yorulmadan çalışdığınızı dəfələrlə sübut etmisiniz.

Tanrı Azərbaycanımızı işıqlı gələcəyə doğru əmin addımlarla apardığınız bu yolda Sizə cansağlığı, tükənməz güc-qüvvət versin. Bütün Füzuli əhalisi, eləcə də Horadiz sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Nəbiyev Nəbi Qəşəm oğlu

Nəbiyev Tural Nəbi oğlu

Əliyeva Səadət Faiz qızı

Ağayeva Vəfa Əbülfət qızı.

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.