10 may 2019, 12:25

Abdulhəsən Ağayev və başqalarından, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Qobustan rayon Poladlı kənd ağsaqqalları, ziyalıları və gəncləri adından Sizə minnətdarlığımızı bildiririk.

Mayın 7-də rayonumuza səfəriniz bizi bir daha sevindirdi. Rayon mərkəzi xəstəxanasının, xalçaçılıq müəssisəsinin, Qobustan-Poladlı avtomobil yolunun açılışı bizə çox xoş əhval-ruhiyə bəxş etmişdir.

Cənab Prezident, Sizin ətrafınızda sıx birləşərək, uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirik.

Hörmətlə,

Ağayev Abdulhəsən,

Məmmədyarov Mirdiyar,

Nəzərov Şəhriyar,

Göycəyev Vasif.

Azərbaycan Respublikası, Qobustan rayonu, Poladlı kəndi.