Vüqar Ağayevdən, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 1-ci qrup əliləm. Bir neçə il bundan əvvəl qardaşımın adına dollarla kredit götürmüşdüm. Məlum devalvasiyalar nəticəsində kreditimin məbləği artdı. Lakin mən çətinliklə də olsa kreditimi ödədim. Ancaq artıq ödənişə görə təəsüflənir, bəzən özüm-özümü məzəmmət edirdim.
Sizin humanist Fərmanınız insanlara maddi kömək olmaqla yanaşı, həm də onların daxili gərginliyini aradan qaldırdı. Mən ödədiyim əlavə kredit məbləğinə görə kompensasiya aldım.
Cənab Prezident, bu qayğıkeş münasibətinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkür edir, Zati-alinizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi millətimizin və xalqımızın başı üzərindən əskik etməsin.
Hörmətlə,
Ağayev Vüqar Kamil oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.