09 may 2019, 13:30
Pənah Tağıyevdən, Yardımlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin imzaladığınız sərəncamlara, verdiyiniz tapşırıq və göstərişlərə əsasən, respublika əhəmiyyətli yollarla yanaşı, kənd yollarının da yenidən qurulması və yeni yolların inşası istiqamətində mühüm layihələr icra olunur. Yaşadığımız Yardımlı rayonunun Vərgədüz kəndinin yolları da yenidən qurulub, Viləş çayı üzərində möhtəşəm körpü salınıb.
Buna görə bütün kənd sakinləri adından Sizə dərin ehtiramımı və təşəkkürümü bildirirəm.
Tanrı Sizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Tağıyev Pənah Duman oğlu.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Vərgədüz kəndi.