09 may 2019, 12:00
Seymur Qurbanovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu ilin əvvəlindən başlayaraq imzaladığınız sosialyönümlü fərman və sərəncamlar, verdiyiniz çox dəyərli tapşırıqlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Problemli kreditlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər də bu qəbildəndir.
İnsanların üzləşdiyi bu böyük problemi Siz çox ədalətli şəkildə aradan qaldırdınız. Bir neçə gün bundan əvvəl banka gedərək mənim üçün nəzərdə tutulan ödənişi aldım.
Möhtərəm cənab Prezident, bütün bunlara görə Zati-alinizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə gələcək işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Qurbanov Seymur Balağa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.