08 may 2019, 19:00

Bəylər Teymurovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 1992-ci ildə torpaqlarımızın mənfur düşməndən müdafiəsi zamanı ağır güllə yarası almışam, 2-ci qrup Qarabağ müharibəsi əliliyəm.

Biz əlillərə göstərdiyiniz qayğıya görə Sizdən çox razıyam. 2012-ci ildə mənə avtomobil hədiyyə etdiniz. Bunun üçün Sizə bir daha “Çox sağ olun!” deyirəm. Eyni zamanda, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə çox sevinirəm.

Əziz Prezidentimiz, müharibə əlillərinə verdiyiniz dəyərə, göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Mən və mənim kimi insanlar Sizi həmişə dəstəkləyəcəyik. Sizə işinizdə uğurlar arzulayıram. Allah ömrünüzü uzun etsin.

Hörmətlə,

Teymurov Bəylər Vaqif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.